ÇAYDA BALIQ SEVDASI
ÇAYIN KEÇƏLƏTINDƏ AT DƏYİŞMƏK
OBASTAN VİKİ
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Qış vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Yay vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Abakan çayı
Abakan çayı — Xakasiya ərazisindənn axan, Yenisey çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 327 km təşkil edir. Ümumi su toplayıcı hövzəsinin sahəsu 32000 km² təşkil edir. == Axın == Abakan çayı Xaxasiya ərazisində mövcud olan səkkiz inzibati rayondan beşının ərazisindın axır: Askiz, Altaysk, Beysk, Taştıpsk, Usr-Abakan. Abakan çayını əmələ gətirən ısas Çaylar olan Böyük Abakan və Kiçik Abakan çayları öz başlançıqlarını Qərbi Sayan və Altay dağlarından götürür. Çay Samoxval dağları önündə Krasnoyarsk su anbarına tökülür. Yixarı axarlarda çay dərin ensiz yataqla axır. Böyük Monok kəndi yaxınlığında yatağı birdən genişlənir. Butadan Minusinski novuna axır. Burada çay çoxlu qollara ayrılır.
Abin çayı
Abin (adıq Абын — «meşə») — Rusiyanın Krasnodar diyarında çay. Varnavin su anbarına tökülür. Kuban çayının hövzəsinə daxildir. Çayın uzunluğuи — 81 km, su toplayıcı hövzənin sahəsi — 484 km²-dir. == Coğrafiyası == Abin çayı mənbəyi Kosexur silsiləsinin şimal yamacında yerləşir. Yuxarı axarlarında çay sürətl axır və suyu şəffafdır. Erivan stansiyasında çay Mixale çayı ilə birləşir və daha geniş dərə ilə axır. Bu bölgədə çay kənarı boyu Erivan-Şapsuqun torpaq yolu keçir. Şapsuq stansiyası yaxınlığında Abin çayı soldan özünün əsas qolunu Adeqoyu qəbul edir. Daha sonra çay Abinsk boyunca axır və Varnavin su anbarına tökülür.
Abjit çayı
Abjitçay — Azərbaycan Respublikasının Balakən rayonu ərazisində çay. == Toponimikası == Abjitçay Qanıxçayın qoludur. Bəzi tədqiqatçıların fikrincə, çayın adı İran mənşəli ab (su, çay) və jət (qatran) sözlərindən ibarət olub "qatranlı çay" mənasındadır. Qədim türk yazılı abidələrində xristianların xeyir-dua mərasimi "abijik/abişik" adlanır. Ehtimal olunur ki, abjit sözü rayonun ərazisində tarixi məlum olmayan qədim məbəd və ibadətgahla bağlıdır.
Adaqum çayı
Adaqum (Adıkum, Adaqim, Atakuma,Ataqum; adıq Атӏэкӏумэ) — Rusiyanın Krasnodar diyarında çay. Adaqum Kuban çayının sol qolu olub, uzunluğu 66 km, su toplayıcı hövzənin sahəsi 336 km²-dir. Bakanka və Neberjay çaylarının birləşməsi nəticəsində yaranır. Çayın mənsəbi Markotxsk silsiləsinin şimal yamaclarındadır. Çayın qidalanması qarışıqdır. İl ərzində daha çox yağış suları üstünlük təşkil edir. Adaqum çayı əvvəllər çoxsaylı qollardan ibarət geniş şəbəkəyə malik idi. İndi çay qollarının bir çoxundan məhrum olub. Buna səbəb çay yatağında inşa edilmiş Varnavin su anbarıdır. Məhs Adaqum çayı bu su anbarına tökülür.
Adda çayı
Adda — İtaliyada çay. == Tarixi == İkinci koalisiyanın (İngiltərə, Rusiya, Avstriya və s.) Fransa ilə müharibəsində Aleksandr Suvorovun komandanlıq etdiyi Rusiya–Avstriya qoşunları 27–28 aprel 1799-cu il tarixlərində Adda çayı sahillərində general Jan Viktor Moronun komandanlıq etdiyi fransız ordusuna qalib gəlmişdir. == Xüsusiyyətlər == Po çayının sol qolu olan Addanın uzunluğu 313 kilometr, hövzəsinin sahəsi təqribən 8 min kilometr2-dir. == İqtisadiyyat == Adda çayı üzərində çox sayda SES var. Bəzi yerlərdə gəmiçiliyə yararlıdır. Addadan Milana uzunluğu 56 kilometr olan kanal çəkilmişdir.
Adice çayı
Adice (it. Adige; alm. Etsch‎; ven. Àdexe‎; romanş Adisch; lat. Athesis; q.yun. Ἄθεσις və ya Ἄταγις, Atagis)) — İtaliyanın şimalında çay. == Xüsusiyyətləri == Adice çayının uzunluğu 410 kilometr, hövzəsinin sahəsi 14,7 min kilometr2-dir. Adriatik dənizinə tökülür. == Tarixi == Adice çayı tarixdə bir çox müharibələrə şahid olmuşdur. 1799-cu ildə fransız general Bartelemi Lui Jozef Şerer Avstriyanı bu çayın sahilində məğlub etmişdir.
Adur çayı
Adur çay (fr. Adour, bask Aturri, oks. Ador) — Fransanın cənub-qərbində çay. == Xüsusiyyətləri == Uzunluğu 335 kilometrdir. Mərkəzi Pireney dağlarından başlanır və Biskay körfəzinə tökülür. == İqtisadiyyat == 128 kilometr məsafədə gəmiçiliyə yararlıdır. Suvarmada istifadə olunur. SES var. Tarb və Bayonna şəhərləri Adur çayının sahilindədir. == İstinadlar == == Xarici keçidlər == Commission Européenne—Natura 2000: Cartographie du Barthes de l'Adour— (fr.) — maps of the Adour and Adour Basin.
Afips çayı
Afips (adıq Афыпс) — Rusiyanın Krasnodar diyarında və Adıge Respublikasında çay. Çayın uzunluğu 96 km, sutoplayıcı hövzənin sahəsi— 1380 km²-dir. Çayın adı adıgey dilindədir. "Ps" şəkilçisi adıqca "psı" su deməkdir. Adın başlanğıcı Afa (ildırım və şimşək tanrısı) tanrısının adıdır. Baxmayaraq ki, bu tanrı çərkəzlər və abazinlər arasında qəbul edilmədi. "Afa" adı həm də meşəli dağ olan "Böyük Afipsə" verilmiş. Başqa bir versiyaya görə toponim kab.-çərk. Афӏыпс sözündən "şirin" və adıq Ахуы — "ağ" sözündən formalaşıb. Ancaq C.Kokov düşünür ki, bu yanılış assosiasiyadır.
Akiqava çayı
Akiqava çayı və ya Akikava çayı — Böyük Tokio bölgəsinin qərbində axan çay. Tama çayının əsas qoludur. == Haqqında == Akiqava çayı iki suayırıcıya malikdir: şimal və cənub. Mənbəyi Çiçibu Tama Kay Milli Parkında yerləşir. Akiruno və Hinohara şəhərlərindən, eləcə də, Kanaqava və Tokio prefekturalarından keçir. Çayın dərəsi populyar istirahət yeridir.
Akkuşa çayı
Bala Kür (kanal) — Neftçala rayonu ərazisində Kür çayından Xəzər dənizinə çəkilən kanal. Akkuşa — Kür çayının Salyan və Neftçala rayonları ərazisindəki, həm də "Bala Kür" adlanan qolu.
Akri çayı
Akri (port. Rio Acre) — Cənubi Amerikanın mərkəzi hissəsindən axan çay. Çay Braziliyanın şimal-qərbi və Boliviyanın şimalından axır. Çayın uzunluğu 650 km-dir. Öz başlanğıcını And dağlarpndan götürür. Bir hissəsi Braziliya və Boliviya sərhəddini təşkil edir. Purus çayının mənbəyini təşkil edir. Çay 480 km məsafədə gəmiçilik üçün yararlıdır. Gursululuq dönəmində, yanvardan maya qədər naviqasiyaya yararlı sahə artır.
Aksaut çayı
Aksuat (Хасаут, qaraç.-balk. Схауат) — Qaraçay-Çərkəz Respublikasında çay. Aksuat çayı bol sulu və gür dağ çayı olub Böyük Qafqazın şimal yamacı boyu axır. Aksuat Kiçik Zelençuk çayının sol qolu. == Coğrafiyası == Aksuat — Qaraçay-Çərkəz Respublikasının ərazisində yerləşən az çox bol sulu çaylardan biridir. Aksuat çayı Xasaut buzlağından qidalanır. Çayın uzunluğu 77 km, su toplayıcı hövzəsinin sahəsi isə 843 km²-dir. Aksuat çayı cənubdan şimala doğru uzanan Mıstı-Baş və Aksaut dağ silsilələrinin dərələri boyu axır. Bu silsilənin müəyyən hissəli fərqli adlarla adlandırılır: Qitçe-Teberdin, Ak, Baduk, Xajibey, Kınır-Çat, Qidam və s. Ümumən belə mürəkkəb və dərələrlə parçalanmış dağ silsiləsini Aksuat-Tiberdin adlandırmaq mümkündür.
Aksay çayı
Aksay (устар. Асагалыль, qum. Яхсайсув,; çeç. Яьсси) — Çeçenistanın Naji-Yurt və Qudermes rayonu, Dağıstanın Botlix rayonu, Novolak rayonu, Babayurd və Xasavyurd rayonlarından keçən çay. Çayın yamacı 14.5 m/km-dir.. == Relyefi == Çay öz başlanğıcını And dağları silsiləsinin şimal yamacından götürür. Mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 2080 m yüksəklikdədir. Kanal ilə Aktaş çayına birləşən Aksay çayı Aksay su anbarına axır. Uzunluğu 144 km, su tutma sahəsi 1390 km², orta dərinliyi isə 444 m-dir. Hövzəsinin çox hissəsi (87%) 1000 m-dən aşağıdır, ərazinin 11% -i 0 m -dən aşağıdır.
Aktaş çayı
Aktaş (qum. Акъташ, çeç. Гӏурий, avar. Ахчи, Казма) — Dağıstan Respublikasında çay. Çay Dağıstanın Kazebek və Xasvyurt rayonları ərazisindən axır. Qumuq dilində toponimin tərcüməsi "ağ daş" — акъ таш demkdir. == Coğrafiyası == Aktaş öz başlanğıcını Suyasi-Meer silsiləsinin şimal-şərq yamacından, Andiyski silsiləsinin kəsişməsindən götürür. Mənbənin dəniz səviyyəsindən hündürlüyü — 2300 metrdir. Aktaş çayının meyilliyi 14,6 m/km-dir. Mənsəbinin hündürlüyü isə — 10 metrdir.
Alatır çayı
Alatır (çuvaş Улатăр, erz. Ратор) — Rusiyanın Nijeqorod, Mordoviya və Çuvaşiya ərazilərindən axan çay. Çayın uzunluğu 296 km, hövzəsi 11 min km² təşkil edir. == Coğrafiya == Çayın mənbəyi Pervomaysk şəhərindən 10 km qərbdə yerləşir. Çsyın əsas istiqaməti şərqədir. Çay yuxarı axarlarda Nijeqororod vilayəti ilə Mordoviya sərhəddini təşkil edir. Sonradan çay Permomaysk, Lukoysnovvə Poçinkovski rayonları ərazisindən axır. Adı çəkilən rayonlar Nijeqorod vilayəti ərazisində yerləşir. Daha sonra çsy Mordoviyanın İçalkovski, Ardatovski rayonları ərazisindən axır. Aşağı axarlarda isə Alatır rayonuna keçir.
Alazan çayı
Qanıxçay və ya Alazan çayı (gürc. ალაზანი, avar. Алазан, çeç. Алаз, sax. Дур) – Kürün ən böyük sol qoludur. Mingəçevir su anbarına tökülür. Uzunluğu 391 km, hövzəsinin sahəsi 12.080 min km²-dir (7.325 km²-i Gürcüstanda, 4.755 km²-i isə Azərbaycanda olmaqla). Çayın 177 km-i Gürcüstan-Azərbaycan dövlət sərhədi boyunca axır. == Ümumi məlumat == Başlanğıcını Gürcüstan ərazisində Baş Qafqaz silsiləsinin Didi Borbalo dağından (2837 m) götürür. Çay Pankisi dərəsindən çıxdıqdan sonra Kaxeti düzənliyinə daxil olur və bu hissədə sol tərəfdən bir çox qollar qəbul edir.
Aldan çayı
Aldan — Rusiyanın uzaq şərqində, Lenanın sağ qolunu təşkil edən çay. Çay öz başlanğıcını Xabarovsk diyarından götürərək Saxa ərazisində lenaya birləşir. Çay Rusiya çayları arasında istər həçminə və uzunluğuna görə səkkizincisidir. == Etimalogiyası == Belə düşünülür ki, aldan Evenklərin dilindən keçmə bir söz olaraq mənası balıq deməkdir. Digər variatda isə: aldan "yaz sahil buzu" mənasını daşıdığı deyilir və ya (evenq dilində) elden dəmir mənası verir. == Coğrafiyası == Aldan çayının hövzəsi çox illik qrut buzları ərazisində yerləşir. Çay başlanğıcını Stanov sildiləsindən götürür. Çaya tökülən Uçur və Maya çayları arasındakı ərazidə çay geniş dərədən axır. Düzən hissədə çayın daşması nəticəsində çoxlu sayda göllər vardır. == Hidrologiyası == Aldan əsasən qar və yağış suları ilə qidalanır.
Aley çayı
Aley (rus. Але́й) — Rusiyanın Altay diyarında çay. Ob çayının sol qoludur. Uzunluğu 858 km, hövzəsinin sahəsi 21,100 km2-dir. Kulunda çölündən axır. Əsasən, qar və yağıntı suları ilə qidalanır. Yuxarı axını Altay diyarındadır. Rubtsovsk və Aleysk şəhərləri Aley çayı sahilindədir. == İstinadlar == == Əlavə ədəbiyyat == Алей // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Amanzimtoti çayı
Amanzimtoti çayı (həmçinin Manzimtoti kimi də tanınır), Cənubi Afrikanın KvaZulu-Natal əyalətində Adams Misyon adlı şəhərin şimal-qərbindəki qısa bir çaydır və Cənubi Afrikanın Amanzimtoti şəhərindən keçir. == Etimologiyası == Zulu Kralı Şaka deyilənə görə bu çayın suyundan içdikdən sonra onu "Kanti amanzi mtoti" ,yəni "Şirin su" adlandırdı və vu ad ingilis dilçiləri bu çayı Amanzimtoti adlandırmağa başladılar. Lakin isizulu dilində şirin mənasına gələn söz mnandi Şakanın anasının adına bənzədiyindən o 'toti' kəlməsini istifadə etməyi daha uyğun hesab etdi. Həmçinin çayın adı ilə daha bir etimologiyada var. Bu, isiZulu sözü olan 'udoti'-dən 'toti' yaranmasıdır ki, bu söz də "Kirkli su" mənasını verir. == Tarixi == Çay əvvəllər bataqlıqlarla əhatə olunmuşdur, lakin daha sonra şəhərinərazisin genişləndirilmə və zibillərin atılması üçün bu bataqlıqlar dolduruldu.İndi bu zibilliklərin üstü örtülmüş idman meydançalarına çevrilmişdir. Çay indi İlanda Vilds təbiət qorğunun bir hissəsi tərəfindən əhatə olunmuşdur.Çay və əhatə etdiyi ərazi indi bir sıra nəsli tükənməkdə olan heyvanlara ev sahibliyi edir və çayın yerləşdiyi ərazinin kiçikliyi nəzərə alınarsa, həddən artıq bio müxtəlifliyə sahibdir.
Amazon çayı
Amazon çayı (port. Rio Amazonas, isp. Río Amazonas) — Cənubi Amerikada çay. Hövzəsinin sahəsinə, su sərfiyyatına görə dünyada birinci, uzunluğuna görə ikinci (Nildən sonra) yeri tutur. == Ümumi məlumat == Mənbələrini And dağlarından götürən Maranyon və Ukayali çaylarının birləşməsindən yaranır və Şərqə doğru axaraq Atlantik Okeanına tökülür. Uzunluğu Maranyon çayının mənbəyindən 6516 km, Ukayali çayının mənbəyindən 7000 km-dən çoxdur. Hövzəsinin sahəsi 7045 min km2-dir. Hövzəsinin çox hissəsi Braziliyada, cənub-qərb və qərb hissələri Boliviyada, Peruda, Ekvadorda və Kolumbiyadadır. Mənsəbində su sərfiyyatı 220 min m3/san təşkil edir. Dənizə daşıdığı su saniyədə 120000 kubmetrdir.
Amel çayı
Amel çayı Belçikada yerləşir. == Çay == Amel çayı Belçikanın şərq sərhəddində yerləşir. Çay Liege əyaləti ərazisindən keçir. Çay sahəsi 1077 kv.km-dir. Ümumi uzunluğu 93 km. Çayın sağ qolu Urtdur. Maas - çay sistemidir. == İstinad == Амблева // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.).
Amstel çayı
Amstel çayı - Niderland ərazisində yerləşir. Çayın adına Amsterdam şəhərinin adı qoyulmuşdur. Adi balıqçılıq kəndi olan Amsterdam Amstel çayının yuxarı hissəsində yerləşirdi. Sonra şəhər intensiv inkişaf edərək 1300 il ərzində böyük Amsterdam şəhəri olmuşdur. Bu çayın kənarında yay vaxtı istirahət zonaları vardır. Çayın üzərində çoxlu körpülər var: Maqere-Burq, Blaburq, Xoqe-Slyos və Berlaqeburq. == Qalereya ==r == İstinad == Амстель // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.